IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

Ülvi Mehdiyev: “ASAN xidmət”ə gəlmək istəyən vətəndaşlar əvvəlcədən onlayn növbə götürməlidirlər

Ölkəmizdə koronavirusa qarşı görülən tədbirlər öz nəticəsini verir. Bu son zamanlar sağalanların sayının yoluxanların sayını üstələməsində özünü göstərir. Bu amilləri nəzərə alaraq aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi tədbirlərinin yumşalması haqqında qərar qəbul edib. Bunlardan biri də aprelin 27-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin daha geniş şəkildə fəaliyyətinin təmin edilməsindən ibarətdir. “ASAN xidmət” mərkəzləri əvvəlki kimi 320-yə yaxın xidməti göstərməyə başlayacaq. Lakin vətəndaşların mərkəzlərdə toplaşmasının qarşısını almaq üçün qabaqcadan onlayn növbə götürərək xidmətlərdən istifadə edə bilərlər.

Frame.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev aprelin 25-də keçirilən brifinqdə deyib.

Ü.Mehdiyev bildirib ki, bunun üçün üç imkan yaradılıb. Vətəndaşlar “ASAN xidmət”in mobil tədbiqindən istifadə edərək, “ASAN xidmət”in saytına daxil olaraq və Çağrı Mərkəzləri vasitəsilə onlayn növbə götürə bilərlər. Qabaqcadan növbə götürməyənlər mərkəzlərə buraxılmayacaqlar: “Əvvəllər mərkəzlərdə 30 minə yaxın vətəndaşa xidmət göstərilirdi. Lakin pandemiya şəraitində vətəndaş sıxlığının qarşısını almaq üçün bir mərkəzdə yalnız minə yaxın vətəndaşa xidmət göstəriləcək. Vətəndaşlar əvvəlcə onlayn növbə götürməli, sonra isə 8103 nömrəsinə 2 yazıb göndərərək icazə alıb mərkəzlərə gəlməlidirlər”.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!