Unibank müxtəlif nominasiyalar üzrə mükafat alıb
Unibank 2023-cü il ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank, Azərbaycan Banklar Assosiasiyasının ənənəvi “Bankçılıq Mükafatları – 2023” mükafatının qalibləri siyahısındadır.
Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, “Unibank”ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələr, ekoloji tədbirlərə görə, Unibank 2023-cü il üçün “Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi olub. İl ərzində müştərilərin maliyyə savadlılığının artırılmasında, ödənişlərin təhlükəsizliyi ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri” nominasiyası üzrə təltif edilib. Artıq illərdir şəxsi bizneslərin yaradılmasına dəstək sahəsindəki davamlı fəaliyyəti isə “Unibank”ı “ Özünüməşğulluq Proqramında iştirak ” nominasiyası üzrə qaliblərdən edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artırmaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim edib. 31 ildən artıq dövrdə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.
Unibank-Sənin Bankın!