FinansIqtisadiyyatTurizmTəqdimat

Unibankın “Əjdaha” lotereyasının ilk tirajının qalibləri 30 avqustda məlum olacaq

“Unibank”ın 1,5 milyon manatlıq uduş fondu olan “Əjdaha” lotereyasının birinci tirajı başa çatır. Birinci tirajda iyulun 20-dən avqustun 20-dək Unibank kartları ilə ödəniş edib, azı 5 şansı olan müştərilər iştirak edəcək. Qaliblər 30 avqustda Xəzər TV efirində canlı yayımda xüsusi kompüter proqramı vasitəsilə elektron püşkatma qaydasında seçiləcək.

İlk tirajın 252 qalibini aşağıdakı hədiyyələr gözləyir:

– 2 nəfər Toyota Corolla Cross avtomobili;

– 10 nəfər iPhone 15 Pro;

– 20 nəfər 1000 AZN;

– 20 nəfər 500 AZN;

– 200 nəfər 100 AZN qazanacaq.

Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!

Bu istəyə çatmağın yolu çox sadədir. Sadəcə ödənişlərinizi Unibank kartları ilə edirsiniz və möhtəşəm hədiyyələr qazanırsınız.

Dekabrın 20-dək davam edəcək lotereya çərçivəsində Unibank müştəriləri ümumilikdə 1300-ə yaxın hədiyyə (https://www.youtube.com/watch?v=ZohJBJK4VN4) qazanacaq.

Lotereyada kimlər iştirak edəcək?

“Unibank”ın debet, kredit, digital kartları ilə (lokal , biznes, Leobank layihəsi üzrə rəsmiləşdirilən kartlar istisna) nağdsız ödəniş edən müştərilər lotereyada iştirak edəcəklər. Müştəri hər tirajda iştirak edə bilmək üçün həmin tiraj müddətində azı 5 şans qazanmalıdır. Bu halda əvvəlki tirajlarda qazandığı şanslar da üzərinə hesablanır. Nağdsız ödəniş edilən hər tam 10 AZN və onun ekvivalent məbləği müştərilərə lotereyada minimum 1 iştirak şansı qazandırır.

Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.

Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında qalib olmaq şansı qazan!

Unibank -Sənin Bankın!

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!