“Uşaq olmaq çətin imiş” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu-FOTO-lar
Martın 5-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahında Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı keçirildi və fevral ayı ücün nəzərdə tutulmuş “Uşaq olmaq çətin imiş” adlı aylıq fotomüsabiqəyə yekun vuruldu.
Müsabiqəyə 20 fotoqraf 98 foto təqdim etmişdir.
Məhərrəm Məcidov, Süleyman Süleymanlı, Mələk Mirzəyevanın fotoları iştirakçılar arasında ayın fotosu seçildi. Anadolu informasiya agentliyinin fotorepartyoru Rəsul Rəhimovun şəxsi hədiyyələri qaliblərə təqdim olundu.
Müsabiqədə işlərini təqdim etmiş Nailə Axundovanın işlərinə müsabiqən kənar baxış oldu.
Müsabiqəyə təqdim olunmuş fotolar cəkiliş tarixinə uyğun gəlmədiyi üçün müsabiqədə iştirak etməsədə xüsusi rəğbət mükafatına layiq görüldü.
Moskva şəhərində keçirilmiş fotosərginin iştirakçılarına da sertifikatlar təqdim olundu.
Müzakirə klubunun ilk iclasında klubun iclasına iştirakçıların şəxsən dəvət olunması qərara alındı və bununla da tədbir yekunlaşdı.
Frame.az