EkologiyaEventsFestivallarTəqdimat

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Abşeron Milli Parkında tədbir keçiriləcək

Abşeron Milli Parkını ziyarət edən uşaqların təbiət qoynunda istirahətini daha maraqlı, daha əyləncəli keçirmələrinə şərait yaratmaq məqsədilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində – mayın 30-da milli parkda çərpələng uçurma yarışı keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, küləkli və günəşli səma altında keçiriləcək bu əyləncə uşaqların ailə üzvləri ilə birgə istirahətini açıq havada təbiət gözəlliklərindən zövq almaqla keçirmələrinə şərait yaradacaq.

Nazirlik Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkının füsunkar təbiətini görmək arzusunda olanları və çərpələng uçurma yarışında iştirak etmək istəyənləri milli parka dəvət edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!