Mobil dünyaSağlamlıqTəqdimat

“Uşaqların sağlamlığı naminə” sosial layihəyə başlanılıb

2018-ci il fevralın 27-də Azercell Telekom MMC və Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən uşaqların sağlamlığının qorunması istiqamətində birgə sosial layihəyə start verilib.Layihə çərçivəsində Hepatit B, C, C-reaktiv zülal, QİÇS kimi xəstəliklərin təyin edilməsi məqsədilə Azercell-in Mobil Klinikasında RMDM-in peşəkar tibb heyəti tərəfindən “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasında məskunlaşan uşaqlardan qan analizləri götürülüb vəmüayinələrin cavabı Azercell Telekom MMC-nin şəbəkəsiilə himayəçi valideynlərin mobil telefonlarına, eləcə də müəssisənin direktorunatəqdim edilib. Məlumatlar Azercell Telekom MMC tərəfindən avtomatlaşdırılmış texnologiyada tam məxfi olaraq arxivləşdirilib. Layihənin gələcəkdə daha geniş sosial qruplarda reallaşdırılması planlaşdırılır.

Pilot xarakter daşıyan layihənin həyata keçirilməsində məqsəd uşaqların sağlamlığı sahəsində keyfiyyətli tibbi xidmət göstərmək və gələcəkdə yarana biləcək xəstəliklərin erkən aşkarlanmasını təmin etməklə uşaqları qorumaqdır.Sosial layihənin məhz Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə birgə həyata keçirilməsi RMDM-in Bakıda ən yüksək beynəlxalq tibbi standartlara cavab verən JCI (Joint Commission International) akkreditasiyasından keçərək xüsusi qızıl rəngli fərqləndirmə nişanı ilə təltif edilmiş ilk və tək tibb müəssisəsi olması və bu mərkəzdə müasir, ən yaxşı avtomatik analizatorlarla təchiz olunmuş, ISO15189 sertifikatını almış laboratoriyanın fəaliyyət göstərməsidir.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin 22 illik fəaliyyəti ərzində həyata keçirdiyi layihələrin böyük qismi uşaq hüquqlarının qorunması, uşaqların sağlamlığı və rifahına yönəlib. “Uşaq Qaynar xətti”, “Uşaq Paralimpiya Komitəsini”, “Mobil Diş Klinikası”, “Mobil Göz Klinikası”, uşaqların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün “Universal Müdafiə”, “Android üçün müdafiə”, “Valideyn müdafiəsi” xidməti və s. layihələr bu gün də uğurla həyata keçirlir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!