Bizim AşpazEventsTəqdimat

Usta siniflərdə iştirak edən aşbazlar mükafatlandırıldı

1-15 noyabr 2016-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən kulinariya təhsili verən 4 peşə liseyində (Turizm, 5,12, və 18 saylı) usta siniflər keçirildi. Usta siniflər Turizmin ölkəmizdəki sürətli inkişafı ilə əlaqadar yeni çağırışlara cavab verməklə, beynəlxalq restoran sistemində milli mətbəxlərə olan Ümümdünya Kulinariya Təşkilatları Birliyinin aşpazların təhsilinə qoyduğu tələbləri, milli mətbəxin moderiləşdirilməsi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədini güdürdü və bu tələblərinə uyğun gənc kadrların hazırlanması məqsədi ilə 10 günlük usta sinifləri keçirildi.

Mədəniyyət və Turizm Nazirliyi,Təhsil Nazirliyi dəstəyi ilə Azərbaycan Milli Kulinariya Assosasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən 01.11.2016-cı il tarixindən 4 peşə məktəbində-5 saylı peşə məktəbi, 12 saylı Bakı Peşə liseyi,18 saylı Peşə məktəbi, Turizm Peşə liseylərində usta siniflər keçirildi.
01-15.11.2016 tarixləri ərzində keçirilən usta siniflərdə Milli mətbəx, həmçinin Avropa və Asiya mətbəxlərindən yeməklərin hazırlanma qaydaları nümayiş etdirildi.

Usta siniflərin keçirilməsi üçün “Azərsun Holding” şirkətlər qrupunun , “BestCow” Kərə Yağlarından, “Qəbələ quşçuluq” şirkətinin və “Qoç ət” kəndli və fermer təsərrüfatının istehsal etdikləri yüksək səviyyəli ərzaqlardan istifadə edildi.
Aşpazlar xörəkləri hazırlayarkən “Qoç ət”-in təqdim etdiyi quzu və mal əti, süd və süd məhsullarından, “ Azərsun Holding”-in istehsal etdiyi “BestCow Kərə Yağları”-ndan , duru yağlar, mayonez, şəkər və s. məhsullardan, “Qəbələ quşçuluq” toyuqlarından istifadə etdilər.

Tədbirdə peşə liseylərinnin müəllimlərinə və şagirdlərinə usta siniflərlə bərabər nəzəri biliklər də aşılandı. AMKA-nın beynəlxalq səviyyəli aşpazları və AMKM-in yüksək səviyyəli mütəxəsisləri hər bir məktəbdə 10 gün dərs keçdilər. Usta siniflərin ümumi sayının 40-a yaxın olmaqla 15 müəllimə və 300 şagirdə usta siniflər keçirilib.

Tədbirin bütün xərcləri AMKA və sponsorları tərəfindən qarşılanmışdır. Usta siniflərdə aktiv iştirak edən usta aşpazların, mütəxəsislərin, müəllim və şagirdlərin, sponsorların mükafatlandırılmasının mərasiminin 18.11.2016-ci il tarixində saat 11:00-da “Xanədan” restoranında keçirildi.

Usta siniflərdə iştirak edən Milli Kulinariya Mərkəzinin texnoloqları və Milli Kulinariya Asossasiyasının aşpazları Azərbaycan Milli Kulinariya Mərkəzinin diplomları ilə mükafatlandırıldılar.

Tədbirdə Frame.az saytı da Diplomla mükafatlandırıldı.

15078837_1296706603704034_4752319632672374119_n-1 15032267_1296706403704054_4976886974595121968_n-1 15078530_1296707523703942_2899942461304154453_n-1 15095076_1296713013703393_6153901628826015522_n-1 15036583_1296714140369947_342365100400117822_n 15056297_1296714550369906_9153931460237417036_n-1 14915404_1296715860369775_3550247725521675520_n-1 15056336_1296717637036264_972196174775137822_n-1 15032927_1296719300369431_6985784822245698746_n-1 15032639_1296720077036020_7422257029339990772_n-1 15055748_1296721297035898_8001425111267583773_n-1 14054051_1296723587035669_3096433140003145648_n 15037110_1296723560369005_1176686943154557876_n 15078858_1296724070368954_1477585527169367302_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!