FutbolIdman

Vəli Qasımov: “Avropa Liqasının final matçının Bakıda təşkili olduqca böyük əhəmiyyət daşıyır”

“İlk növbədə, Moskvadakı tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Görüşlər möhtəşəm keçdi. Azərkeşlərə şəkil çəkdirməyə və onları maraqlandıran suallar vermələrinə imkan yaradıldı. Fikrimcə, hər kəs razı qaldı”.

Bunu “Report”un Moskva bürosuna Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfiri Vəli Qasımov Rusiya paytaxtında kubokun təqdimat mərasimi barədə açıqlamasında deyib. Azərkeşlərlə görüşdən sonra fikirlərini bölüşən veteran futbolçu final oyununun Azərbaycan üçün əhəmiyyətindən danışıb: “Bu görüşün Bakıda keçirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Biz müxtəlif ölkələrdən qonaqları səbirsizliklə gözləyirik. Finalçılar hələ müəyyənləşməsə də, bu hadisə Azərbaycan futbolunun inkişafına böyük dəstək olacaq”.

Avropa Liqasının Bakı finalının Azərbaycanın dünyada tanıdılması baxımından da böyük əhəmiyyətə malik olduğunu vurğulayan V.Qasımov dünya futbol azarkeşlərinin ölkə ilə tanışlığını qaçılmaz fürsət adlandırıb: “Digər tərəfdən, bu matç sayəsində Azərbaycana gələn əcnəbilər ölkəmizlə tanış olacaq, qədim və müasir Bakının tandemini görəcəklər”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlanacaq.

Ülviyyə

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!