“VDC Research” şirkəti Kaspersky-ni sənaye üçün informasiya təhlükəsizliyi həlləri bazarının liderləri sırasına daxil edib
Kaspersky dünyanın əsas regionlarında genişlənməkdə olan əməliyyat texnologiyalarının (OT) təhlükəsizlik bazarında mühüm mövqe tutmağa nail olub. Şirkət Rusiya və Çində, eləcə də Asiya və Avropanın bəzi yerlərində böyük uğurlar qazanıb. Bu barədə “VDC Research” beynəlxalq tədqiqat təşkilatının yeni hesabatında qeyd olunur. Analitiklər tərəfindən tanınması şirkətin geniş təcrübəsini və etibarlı reputasiyasını, həmçinin sənaye üçün effektiv təhlükəsizlik həllərinin yaradılmasına verdiyi töhfəni təsdiqləyir.
“VDC Research” şirkətinin ekspertləri korporativ seqment üçün Kaspersky-nin məhsul portfelindən, eləcə də sənaye seqmenti üçün ixtisaslaşmış həllərindən istifadə etməklə təhlükəsizliyə kompleks yanaşmanın təmin edilməsi imkanını xüsusi olaraq vurğulayır. Şirkət real sektordan olan müştərilərə “Kaspersky Industrial CyberSecurity” (KICS) XDR platformasını təklif edir. Həll bir-biri ilə sıx əlaqəli olan və bir-birini tamamlayan komponentlərdən ibarətdir: sənaye operator panellərini, iş stansiyalarını və serverlərini qorumaq üçün KICS for Nodes və vahid konsoldan sənaye şəbəkəsinin təhlükəsizliyinin hərtərəfli monitorinqi üçün KICS for Networks. Bu məhsullardan bir yerdə istifadəsi geniş qorunma imkanları təmin edir.
Bundan başqa, “VDC Research” şirkətinin hesabatında bildirilir ki, Kaspersky öz məhsul və proseslərinə inam yaratmağa çalışır və qlobal kibertəhlükəsizlik sənayesində şəffaflıq standartlarını təşviq edir. “VDC Research”in analitikləri bu baxımdan xüsusilə 2024-cü ildə Türkiyədə yeni Şəffaflıq Mərkəzinin açılışını qeyd ediblər. Bu, şirkətin 2018-ci ildən həyata keçirdiyi qlobal şəffaflıq təşəbbüsünün bir hissəsidir.
“Kaspersky müştərilərə sənaye də daxil olmaqla, İT infrastrukturunun mühafizəsini gücləndirməyə davamlı olaraq kömək edir. Bu bazarda güclü mövqeyimizi vurğulayan ‘VDC Research’ analitiklərinə minnətdarıq. Hazırda komandamızın fəaliyyəti müştərilərin, o cümlədən sənaye sektorunu təmsil edənlərin cari ehtiyaclarına cavab verən və bazarın işimizə etibarını gücləndirən innovativ həllərin işlənib hazırlanmasına yönəlib”, – deyə Kaspersky-nin Sənaye təhlükəsizliyi üçün məhsulların inkişafı şöbəsinin rəhbəri Andrey Strelkov bildirib.
Daha ətraflı məlumat üçün tam “VDC Research” şirkətinin “Əməliyyat texnologiyası təhlükəsizliyi üzrə proqramı və xidmətlərin qlobal bazarı” hesabatına baxa, “Kaspersky Industrial CyberSecurity” haqqında ətraflı məlumatı isə buradan əldə edə bilərsiniz.