VYANA KEKSLƏRİ
Noyabrın sonundan və ya dekabrın əvvəlindən başlayaraq Avstriyanın əksər şəhərlərində Milad bəzəkləri, #gingerbread (zəncəfil peçenyesi) və #Glühwein (şirin, qaynar şərab) satılan #Christkindlmärkte adlı Milad yarmarkaları təşkil olunur. Sizlərə Vyanada ən məşhur olan kekslərdən birinin reseptini təqdim edirik.
VYANA KEKSLƏRİ
Tərkibi:
115 qr kərə yağı və ya marqarin yağı
2 xörək qaşığı şəkər pudrası
8 xörək qaşığı un
Hazırlanması:
• Yağı və şəkəri krem olanadək qarışdırın.
• Un əlavə edin və birlikdə yaxşı-yaxşı qarışdırın.
• Kremi xüsusi torbaya yığıb, xüsusi keks formalarına doldurun.
• İstəsəniz, üstünə şəkərdə albalı qoyun.
• Protivenin üzərinə yerləşdirib rəngi qızılıya çalanadək orta istilikdə 10-15 dəqiqə bişirin.
• Yeməkdən əvvəl soyudun.
Nuş olsun!