Ləzzətli BölümSəyahətTurizmTəqdimat

“Worldchefs” prezidenti kreativ reseptlə Şuşaya həsr olunmuş “Şuşalı” yeməyini hazırlayıb

Yanvarın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşa şəhərinə səfər edib.

Səfərin təşkilinin məqsədi qonağı Şuşa şəhərinin tarixi məkanları, əsrarəngiz təbiəti, eləcə də Qarabağın mətbəx nümunələri ilə yaxından tanış etməkdir.

Səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb.

“Worldchefs” prezidenti “Güllələnmiş heykəllər”, Şuşa qalası, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış edilib.

Ona Qarabağ mətbəxinə aid “Boyanalı aş”ın və milli mətbəximizin şahı hesab olunan “Şah plov”un hazırlanması nümayiş etdirilib. Tomas Quqler Şuşa şəhərindən ilhamlanaraq kreativ reseptlə yeni yemək hazırlayıb və onu “Şuşalı” adlandırıb.

 

Qeyd edək ki, Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana səfər edib. Səfərin məqsədi qlobal mətbəxlərin kulinariya standartlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı gücləndirmək, ölkəmizdə qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.

 

O, səfər çərçivəsində yanvarın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda keçirilən konfransın müzakirələrində iştirak edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!