EventsFashionŞəkillərTəqdimat

Xəz geyimlərə tamamilə yeni baxış

Noyabırın 17-si və 18-i Emporium-da Yves Salomon eksklüziv xəz brendinin kapsul kolleksiyasının fərdi təqdimatı keçiriləcək. Təqdimat şəxsən brendin nümayəndəsi tərəfindən aparılacaq. Tədbir zamanı brendin kapsul kolleksiyasından son dəbli xəz parkalar, gödəkcələr və kürklər nümayış ediləcək.

Yves Salomon 100 ilə yaxın tarixi olan bir ailə şirkətidir. Brend Jean Paul Gaultier, Yves Saint Laurent, Prada və Sonia Rykiel kimi dəbli moda evlərini xəz ilə təmin edir. Yves Salomon klişelərdən imtina edir. Onun yaratdığı palto və kürklər dəbdən düşmüş deyil. Əksinə, bir çox müasir moda evlərindən daha da qabaqcıldırlar.

Bu kapsul kolleksiyasında İv Salomon indiyə kimi hər zaman sadiq qaldığı klassik üslubunun əksinə gedib, müxtəlif rəng çalarlarını sinayır. Hədsiz dərəcədə incə olan xəz naxışlar məhz bu brendin nou-hausudur. Palto, gödəkcə və əlbəttə ki məşhur parkalar tamamilə yeniləndi.

Kolleksiya həmçinin böyük naxış seçimi təklif edir: güllərin və ya heyvanların təsviri ilə, qrafik cizgilərlə, abstrakt rəsmlərlə, vintaj üslublu və sairə müxtəlif rəngarəng və parlaq bəzəklərlə.

Təravətli və canlı qadın incəliyinin əksi olaraq, boz, krem və qəhvəyi kimi pastel tonlardan parlaq mavi, yaşıl və sarı calarlara qədər rənglərin bollugunu vurğulayan  bu kapsul kolleksiyası yeni “Glanj” trendını bir daha təsdiq edir.

İki günlük təqdimat zamanı məhdud kolleksiya xüsusi qiymətlərlə təklif olunacaq.

Təqdimatda həmçının “Army” – “Ordu” kolleksiyasından xəz ilə işlənmiş dəbli parkalar və klassik xəz kürklər də göstəriləcək.

Yazılmaq üçün əlaqə nömrəsi: +99412 464 0707

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!