Təqdimat

Xalça Muzeyində “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir keçirildi

Aprelin 2-də Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24 il dönümünə həsr olunmuş “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir təşkil olunub.
Tədbirdə Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bərzani Ələsgərov, Kəlbəcər Şəhid müzeyinin elmi-işçisi, BDU-nin tarix fakultəsinin disertantı Ramiz Nəcəfli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva həmçinin AYB-nin Qarabağ bölməsinin sədri, fəlsəfə elimləri doktoru, şair Ənvər Əhməd və Kəlbəcər məktəbinin müəllimi Roza Verdiyeva Kəlbəcərin maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxışlar ediblər.
Sonra Kəbəcər tarix-diyarşünaslıq muzey eksponatlarından – xurcun, məfrəş, səhəng, xalça, süxur həmçinin minerallar, çarıq, ağac növləri, Kəlbəcər muzeyinin açarları, mis qablardan ibarət sərgi və Azərbaycan Respublikası Cənclər və İdman Nazirliyinin dəstəyi ilə, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təqdim etdiyi “Kəlbəcərə virtual səyahət” adlı video-çarx nümayiş olunub.

Qeyd edək ki, 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini məhv ediblər. Dağıdılmış mədəni abidələr – Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahını qeyd etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!