EventsTəqdimat

Xalça Muzeyində “Ailə günü” adlı tədbir keçirilib

Noyabrın 26-da Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə muzeyin “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçirilib.

“Ailə günü” tədbirinin keçirilməsində əsas məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkə mədəniyyət və incəsənətini tanıtmaqdır.

Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olaraq, muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayıblar.

“Ailə günü” adlı tədbirdə iştirakçılara “İstedad sənsən” − Bakı şəhər məktəblilərinin iştirakı ilə müxtəlif nominasiyalar (xalq mahnıları, rəqs, bədii qiraət, rəsm) üzrə müsabiqəsi, öz xalçanı yarat (kompüter proqramı), xalça pazlını yığ, öyrən və əylən, mini ekskursiyalar – Azərbaycan adət-ənənəsində xalçanın rolu mövzusunda (azərbaycan, ingilis və rus dillərində) mini ekskursiya, nağıl saatı−uşaq yazarı Gülzar İbrahimovanın nağıl dünyasına səyahət, kukla teatrı − “Cırtdanın nağılı” adlı tamaşa, HUMEL Psixologiya Mərkəzi ilə birlikdə ailə gerbini yarat – psixokorreksiya metodikası olaraq ailədaxili münasibətlərin möhkəmləndirilməsi, valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması, Azərbaycan cizgi filmlərini izlə, ustad dərsləri, özün rənglə-rəngli kağızlardan oyuncaqlar düzəlt, dekorativ əl işləri hazırla – burada iştirakçılara telefon koburalarını, pulkisələrini və digər aksesuarları hazırlamağı öyrədilib həmçinin Yekaterina Kirçu ilə yumşaq oyuncaq hazırla, çay daşları üzərində rəsm, dekorativ bəzək əşyaları hazırla – burada qonaqlar qolbağlar, çələnglər və breloklar hazırlayıb, “Tilda” kuklasını yarat, boşqab üzərində rəsm çək və digər bir-birindən maraqlı proqramlar təqdim olunub.

Həmçinin məhşur memar Elçin Əliyevlə görüş, müsabiqədə iştirak et və hədiyyə qazan – görüş zamanı Elçin müəllim uşaqlara Abşeron memarlığının tarixindən söz açıb.

Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birini çəkib və Elçin müəllim tərəfindən seçilən ən yaxşı 5 rəsm əsərinin müəllifləri mükafatlandırılıb

Fuad Rəsul
Azərbaycan Xalça Muzeyinin
Mətbuat katibi15135937_1514568265225993_4995191507469509996_n 15134701_1514569125225907_154204902799969818_n 15179199_1514569508559202_8959612515974252665_n 15253388_1514569861892500_1289707850219526270_n 15220221_1514569815225838_8261170879003532022_n 15192587_1514569588559194_2973817628470398448_n 15181670_1514572095225610_2545405445500195356_n 15181397_1514572885225531_7849909246219432742_n 15178935_1514573058558847_2033053978003972352_n 15241963_1514573715225448_4605291869541793223_n

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!