EventsMədəniyyətSərgiTəqdimatƏn Son

Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş sərgi açılacaq

Oktyabrın 22-də Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr edilmiş retrospektiv sərginin açılışı olacaq.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil ediləcək sərgidə rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçiriləcək.

Sərgidə rəssamın müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlər, onun əlyazmaları, yaradıcılığı ilə bağlı çap olunmuş materiallar, eləcə də arxiv fotoları nümayiş etdiriləcək. Sərginin ekspozisiyası Bakı İncəsənət Mərkəzinin, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarından, eləcə də rəssamın şəxsi arxivinə aid eskizlərdən tərtib olunub.

Kitabda rəssamın sənətə gəldiyi dövrdən – 1933-cü ildən sonrakı 70 ildən artıq müddət ərzində teatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizləri toplanıb. Albomda B.Əfqanlının şəxsi gündəliklərindən və qeydlərindən istifadə edilib. Həmin qeydlərdə rəssamın tərcümeyi-halı, onun teatr, kino və rəqs geyimi rəssamlığına, Azərbaycanın milli geyim mədəniyyətinə olan münasibəti, bu sahənin incəlikləri, professional inkişafı barədə fikirləri müfəssəl şəkildə verilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!