XIRDALAN” əmtəə nişanından qanunsuz istifadə edilməsi üzrə araşdırma başlayıb
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Carlsberg Azerbaijan” MMC-nin təşəbbüsü ilə Fiziki şəxs Yelmar İsmayılov haqqında iş qaldırıb.
Marja-nın məlumatına görə, “Carlsberg Azerbaijan” MMC-yə məxsus “XIRDALAN” əmtəə nişanından fiziki şəxs Yelmar İsmayılov tərəfindən qanunsuz istifadə edilməsi üzrə araşdırma aparılır.
22.02.2023-ci il tarixində işə baxılacaq.