EventsTəqdimat

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Xalça Muzeyinin qonağı oldu

Oktyabrın 25-də Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Xalça Muzeyində olub.
Muzeyin direktoru Şirin Məlikova Prezident Kolinda Qrabar-Kitaroviçə xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Daha sonra Xorvatiya Prezidenti Muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrünə aid qızıl və gümüş eksponatlar yer alıb.
Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb. 14718765_1479482962067857_964305272685635105_n 14670731_1479483408734479_839532394447591518_n 14716137_1479483285401158_2157620606103504282_n 14724487_1479483312067822_3631685824341795852_n 14572822_1479483532067800_4661575409007334647_n 14724557_1479483592067794_7275428246555747369_n 14729244_1479483702067783_1328525688547070150_n 14606508_1479483708734449_1746990609097095661_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!