Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Mehman Şirəliyevin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb
Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Mehman Şirəliyevin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
Bu barədə Frame.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.