Arxitektura-DizaynEventsSəyahət

“YARAT”da məşhur yapon işıqlandırma dizayneri Daisuke Yanonun seminarı keçirilib

“YARAT” Müasir İncəsənət Mərkəzində Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə məşhur yapon işıqlandırma dizayneri Daisuke Yanonun iştirakı ilə seminarlara başlanılıb.

Frame.az xəbər verir ki, seminarlar “Yapon işıqlandırma dizaynı haqqında”, “Yapon düşüncəsində işıq” və “Yapon kağızı (vasi) və işıq” mövzularına həsr olunub.

Belə ki, tədbirin ilk hissəsində işıq və işığın yapon qavrayışı haqqında məlumat verilib. İşıq və işıqlandırma haqqında təqdimat hissəsi ənənəvi yapon kağızı və şamlar vasitəsilə işığın qurulması təlimi ilə davam edib. İştirakçılar şam işığının zərif hərəkətini və onun necə anbaan dəyişdiyini, “dzen” halına necə gəldiyini izləyiblər. Sonra qonaqlara yapon kağızının fənər formasında qatlanaraq işığın onun içərisindən necə ötürülməsi və titrəməsi göstərilib.

Bu təlimdə Daisuke Yano iştirakçılara işığın hərəkətinin, titrəməsinin onun əsas gözəllik ünsürü olduğunu göstərməyə çalışıb.

Seminarlar Azərbaycan dilinə tərcümə ilə aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!