IqtisadiyyatTəqdimatƏn SonƏn Son

“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi davam edir

13-18 avqust 2024-cü il tarixində Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsi başlayıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, “Bakcell”in baş sponsorluğu, “ALPHA FLY Academy” və Daxili İşlər Nazirliyinin Dinamo İdman Cəmiyyətinin dəstəyi ilə keçirilir.

 

18-22 yaş aralığında 50 nəfərədək şəhid övladının qatıldığı düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda baş tutur.

 

Düşərgənin ikinci günü Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən iştirakçılar üçün müxtəlif idman oyunlarının nümayişi və təlimi, Daxili İşlər Nazirliyinin Dinamo İdman Cəmiyyəti tərəfindən Airsoft üzrə praktiki atəş təlimi, atıcılıq üzrə yarış və straykbol oyunu keçirilib. Həmçinin oxatma təlimi və turniri keçirilib. Atıcılıqda yüksək nəticə göstərən iştirakçılar “Dinamo” tərəfindən mükafatlandırılıblar.

 

Bakcell tərəfindən keçirilən “Müasir bacarıqlar və innovasiya” adlı təlim olub. Iştirakçılara gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsi üçün texnologiya və innovasiyanın rolunu izah edilib. Ardınca “ALPHA FLY Academy” tərəfindən paradlinq praktiki təlimi keçirilib. Növbəti təlim isə dağçılıqla bağlı olub. Düşərgə müddətində müxtəlif ekskursiyalar da təşkil olunur. İştirakçıların Cavad Xan Zirvəsinə yürüşü təşkil olunub.

 

Layihənin əsas məqsədi vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib.

 

Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.

 

Baş sponsor: Bakcell

 

Media dəstəyi: ASAN TV və ASAN Radio

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!