Yaxın gələcəkdə kənar şəxslərin ölkəyə “Samsung” telefonları gətirməsinin qarşısı alınacaq
Yaxın gələcəkdə kənar şəxslərin Azərbaycana “Samsung” telefonları gətirməsinin qarşısının alınması nəzərdə tutulur.
Bu barədə “İrşad Elektronics” şirkətinin satışa nəzarət departamentinin rəhbəri Ariz Şıxalıyev məlumat verib.
“Digər şəxslərin açıq və gizli şəkildə xaricdən “Samsung” telefonları gətirməsinin qarşısı alınmalıdır. Hazırda müvafiq dövlət orqanları ilə bununla bağlı birgə işləyirik. Biz rəsmi distribüter olaraq dövlətin vergisini ödəyirik və “Samsung” telefonlarının təbliğini aparırıq. Digər şəxslərin müxtəlif yollarla vergi və rüsumlardan yayınaraq satış həyata keçirməsinə imkan verilməməlidir”, – deyə A.Şıxalıyev bildirib.
A.Şıxalıyev deyib: “”İrşad Electronics” “Samsung”un holoqramlı və zəmanətli telefonlarının satışını həyata keçirir. Azərbaycana müxtəlif ölkələrdən “Samsung”un zavodlarında istehsal olunmamış telefonlar gətirilir. Həmin telefonlar ilə bağlı çoxsaylı problemlər ortaya çıxır. Bu gün “İrşad Elektronics”un satdığı telefonlar saxta mallar deyil, “Samsung”un istehsal etdiyi telefonlardır. Biz birbaşa “Samsung”dan aldığımız telefonların zəmanətli satışını həyata keçiririk”. Frame.az