FinansIqtisadiyyatTurizmTəqdimat

“Yelo Bank”dan “ABAD”çılara – DƏSTƏK KREDİTİ

Yelo Bank, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və “ABAD” publik hüquqi şəxs birgə əməkdaşlığa başlayıblar.

Əməkdaşlığın əsas məqsədi ailə təsərrüfatlarının yaradılması və genişləndirilməsi, “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinə dəstək verməkdir.

Əməkdaşlıq çərçivəsində “Yelo Bank” müvəkkil bank kimi SİF hesabına “ABAD”çıların layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsini həyata keçirir, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun tanıdılması, bazara çıxarılması və satışının təşkilində sahibkarlara dəstək göstərir.

Birgə əməkdaşlığın nəticəsi olaraq 2022-ci ilin iyun-iyul ayları ərzində “ABAD”çılara məxsus 3 investisiya layihəsi maliyyələşdirilib və bu məqsədlə 110 min manat güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr əsasən bağçılıq, arıçılıq və heyvandarlığın inkişafına xidmət edir.

Yelo Bank sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsi istiqamətində SİF ilə aktiv əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Bank 10 milyon manatadək biznes kreditini illik 5%-dən başlayaraq 60 ayadək müddətə verir. Qeyd edək ki, Yelo Bank 2022-ci ilin ilk 6 ayı ərzində SİF vəsaitləri hesabına verilən kreditlərin sayına görə müvəkkil banklar arasında ilk 3-lükdə qərarlaşıb.

Daha ətraflı məlumat və onlayn sifariş üçün: https://bit.ly/ylpqwrtv

Bank xidmətləri haqqında (girovsuz biznes krediti və s.) əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!