Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başlayıb.
Belə ki, şöbədə artıq 2 noyabr tarixində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk qeysəriyyə əməliyyatı həyata keçirilib.
Otuz doqquzuncu həftəsində dünyaya gələn körpə və ana artıq evə yazılıb.
Qeyd edək ki, 3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbə hamilə pasiyentlərin qəbuluna başlayıb.
Xatırladaq ki, 6 iyun 2022- ci il tarixindən icbari tibbi sığortanın tətbiq edildiyi Yeni Klinikaya hər bir Azərbaycan Respublikasının vətəndaşı müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən yararlana bilərlər.