Yuxu haqqında bilmədiklərimiz
Yuxu bizə verilən ən gözəl nemətlərdən biridir. Sağlamlığımız üçün ən lazımlı olan bir şeydir. Normal yuxu vaxtı 8 saat hesab edilir. Lakin 3-4 saat yatan insanlar da az deyil.
Yuxu haqqında bilmədiyiniz maraqlı məlumatları bölüşmək istəyirik.
Yuxular real həyatla paralel işləyir
Məsələn yatarkən televizorda və ya çöldə bir mahnı eşitsəniz, o an özünüzü həmin ifaçının konsertində görə bilərsiniz.
Yuxularımızın 90 faizini unuduruq.
Oyandıqdan 10 dəqiqə sonra 90 faizini unuduruq.
Yuxumuzda yalnız tanıdığımız və bildiyimiz üzləri görərik.
Daha əvvəl heç tanımadığımız birini yuxumuzda görürük. Lakin, bu belə deyil. Beynimiz daha əvvəl görmədiyi bir şeyi yaratmaz. Nə vaxtsa gördüklərini birləşdirib ortaya xüsusi parçalar çıxarda bilər.
Korlar da yuxu görür
Xüsusilə görmə qabiliyyəti ilə doğulub sonradan itirənlər eyni görənlər kimi yuxu görməyə davam edir. Ancaq doğuşdan kor olanlar ehtiva edən yuxular görmürlər. Onların yuxuları səs, qoxu və hiss üzərinə qurulur və ən az bizimkilər qədər təəccüblü.
Hər kəs yuxu görər
Mən heç yuxu görmürəm deyən bir çox insanlar görürsünüz. Hər kəs yuxu görər lakin yuxu görmürəm deyənlər ən tez unudanlardır.
Hamı yuxularını rəngli görməz
İnsanların 12 %-i yuxularını qara ağ görür.
Duyğular
Gündəlik həyatınızda çox şən, xoşbəxt bir insan ola bilərsiniz lakin yuxular demək olar ki, stress məzmunlu olur.
Bir gecədə maksimum 7 yuxu görə bilərsiniz
Ortalama bir gecədə görəcəyiniz yuxu sayı 4 ilə 7 arasında dəyişə bilər və bu da cəmi 2 saatı əhatə edər.
Heyvanlar da yuxu görər
Bir çox heyvan üzərində edilən təcrübələr göstərir ki heyvanlar yuxu əsnasında insanlar ilə eyni beyin dalğalarını yayır. Bunu daha yaxşı evdə heyvan bəsləyən insanlar bilir və görür.
Qadınlar və kişilər fərqli şəkillərdə yuxu görər
Kişilər daha çox kişilər haqqında yuxu görər. Yəni bir kişinin yuxusunda gördüyü kəslərin 70 % -ni kişilər meydana gətirər. Qadınlarda isə bu nisbət bərabərdir. Deyilənə görə kişilər daha aqressiv, qadınlar isə daha sakit yuxular görür.