2021 Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi 6 iyun tarixində nəzərdə tutulur

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkə ictimaiyyətininin diqqətinə çatdırır ki, bu il Formula 1-in təqvimində nəzərdə tutulmuş Azərbaycan Qran Prisinin keçirilməsi 6 iyunda planlaşdırılır.

“Formula 1 rəhbərliyi bir neçə gün əvvəl yarışın builki təqvimində bir sıra dəyişiklər edib, lakin buna baxmayaraq Dünya Çempionatının Azərbaycan mərhələsinin keçirilməsi plana müvafiq olaraq 4 – 6 iyuntarixlərində Bakının mərkəzi küçələrində nəzərdə tutulur”, – Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən qeyd edib.

Azərbaycan Qran Prisinin başlamasına 5 ayın qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbərlıyı yarışın keçirilməsini mümkün edəcək ssenarilər barədə düşünür, o cümlədən  yarışı canlı izləmək imkanı nəzərdən keçirir.

Formula 1-də yeni mövsüm martın 28-də Bəhreyn Qran-Prisi ilə start götürəcək. Çempionata dekabrın 10-12-də Əbu-Dabidəki yarış ilə yekun vurulması planlaşdırılır.Yeni mövsüm mərhələlərin sayına görə rekorda imza atacaq – 23 Qran Prinin keçirilməsi planlaşdırılır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: