“AFB Bank”-ın kredit portfeli 12 % artıb

Azərbaycanın aparıcı banklarındanolan “AFB Bank” 2019-cu ilin I yarım ili üzrə maliyyə hesabatını açıqlayıb.

2019-cu ilin ilk altı ayının nəticələrinə əsasən bankın aktivləri 423,7 milyon manat təşkil edib.

Bank tərəfindən müştərilərə verilən kreditin həcmi 251,2 milyon manat olub, bu, göstərici keçən ilin eyni dövrü üçün mövcud göstərici ilə müqayisədə 12% çoxdur.

Bu dövrdə “AFB Bank”-ın məcmu kapitalı 10 % artaraq 75,6 milyon manat olub.

Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulur.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Frame.az

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: