Ağdənizin möcüzələrindən doğulan yeni bir cəvahirat

Bvlgari-dən əsrarəngiz parfüm Aqva Divina, antik Yunan və Romanın köklərinə edilən dərin bir səfəri simvolizə edir. Məşhur İtaliyalı rəssam Sandro Botticelli tərəfindən edilən “Venüs’ün Doğuşu” adlı rəsm əsərində ilham alan Aqva Divina, parlaq və ehtiraslı bir qoxudur.

Bvlgari Aqva Divina eyni zamanda kişi ətirlərinin yer verildiyi Bvlgari Aqva parfüm ardıcıllığının ilk qadın ətiridir. Qoxlama ilə estetikanın bir-birini tamamladığını düşünən Bvlgari, bu parfüm üçün qiymətli daşlarla ətir notalarını birləşdirmişdir. Çünki qoxular və qiymətli daşlar hər qadının dərisində iz buraxır.

Aqva Divina’nın şüşəsi də bu düşüncə ilə dəniz qabığının içindəki qiymətli bir inci şəklində hazırlanmışdır.

Bvlgari Aqva Divina’nın tərkibində bergamut, duz mineralı, zəncəfil, manoliya, heyva, kəhrəba və balmumu mövcuddur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: