Alim Qasımov və Tarık Yigit-dən “Mehter Marşı”

Xəbər verdiyimiz kimi xalq artisti muğam ustası Alim Qasımov və Türkiyə vətəndaşı olan müğənni Tarık Yigit Türkiyə Azərbaycan dostluğunu tərənnüm edən vətənpərliyə həsr olunmuş “Mehter Marşı” adlı klipdə çəkilib.

Qeyd edək ki, bu marş Türkiyədə vətənpərvərlik marşı kimi tanınır və sevilir. Klipdə Alim Qasımovun ifa etdiyi qəzəlin sözləri Arif Buzovnalıya aiddir.

Klipin çəkilişləri 6 ay davam edib.

Klipin ideya müəllifi Məftunə Əhmədzadə, quruluşçu rejissoru Tofiq Teymuroğlu, quruluşçu operatoru isə Seymur Məmmədovdur.

Yaxın günlərdə sözü gedən klipin təqdimat mərasimi baş tutacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: