Frame LifeSəyahət

Almaniya barədə maraqlı faktlar

Almaniya adı eşidəndə çoxları pivə və əsl keyfiyyət başa düşür. Bu ölkə bəşəriyyətə bir çox sahələrdə öz töhvəsini verib. Məqaləmizdə bu ölkə barədə maraqlı faktları sizinlə bölüşmək istərdik.

“Germaniya” sözü latınca “Germania” sözündən yaranıb. Romalılar o zaman varvarların yaşadığı Alp dağlarının şimal hissəini belə adlandırırdılar. Fransızlar, ispanlar və türklər müvafiq olaraq bu ölkəni “Allemagne”, “Alemania” və “Almanya” adlandırırlar. İtalyanlar ölkəni Germaniya adlandırsalar da alman dilinə “Tedesco” deyirlər.

Almaniyada 150-dən çox qəsr yerləşir. Uolt Disney “Yatmış gözəl” animasiya filmindəki qəsr üçün, sonradan isə Disneylend və Disney Uorld (Disney Dünyası) üçün nümunə olaraq Noyşvanştayn qəsrini seçib. Bavarıyanın “ağılsız” kralı II Lüdviqin bu qəsri demək olar ki ən məşhur alman qəsridir.

Holokostun danılması Almaniyada cinayət hesab edilir.

Bu ölkədə 1500-dən çox kolbasa, 300-dən çox isə çörək növü istehsal edilir.

Alman dili Almaniya, İsveçrə, Avstriya, Lüksemburq və Lixtenşteyndə rəsmi dövlət dili hesab edilir.

Bavariyada rəsmi olaraq pivə alkoqollu içki deyil, çörək kimi qida məhsulu hesab edilir.

Amerikan kəşfiyyatının verdiyi məlumatlara görə alman lideri Adolf Hitler kristal halda metamfetamin də daxil olmaqla 74 müxtəlif dərman preparatları qəbul edirmiş.

Almaniya ən böyük avtomobil istehsalçılarından biri hesab edilir; 2014-cü ildə 3 milyondan çox avtomobil satılıb. 2014-cü ildə ən çox satılan brendlər Volkswagen, Mercedes, Audi və BMW olub. Volkswagen Golf bütün dünya üzrə ən çox satılan model hesab edilir. 2014-cü ildə bu avtomobil markasından 520 958 ədəd satılıb.

5000-dən çox pivə brendinin istehsal edildiyi 1300-dən çox pivə zavodunun yerləşdiyi Almaniya Çexiyadan sonra pivə istehlakı üzrə ikinci yerdə yer alır.

Almaniyanı hərdən DasLandderDichterundDenker (Yazıçıların və Mütəfəkkirlərin vətəni) adlandırırlar. Bax, Bethoven, Göte, Hendel, Şuman, Mendelson, Brams, Vaqner və Ştraus kimi dahilərin vətəni Almaniyadır. Kant, Hegel, Niçşe və Haydeqqer kimi dahi filosoflar da alman əsillidirlər.

Ən məşhur ixtiralardan bəziləri Almaniyaya məxsusdur – lampa, avtomatik kalkulyator və avtomobil. Bundan əlavə insulin, klarnet, cib saatı, televizor (qismən), parafin, dizel mühərriki, benzin mühərriki, avtomobil mühərriki, differensial mexanizm, motosiklet, reaktiv mühərrik, LCD ekran və şəxsi kaset pleyerinə (sonradan Sony Walkman kimi məşhurlaşmış) görə də almanlara minnətdar olmalıyıq.

Alman idmançıları 1896-2014-cü illərdə toplam 1681 qış və yay olimpiya medalları qazanaraq ABŞ-dan sonra ikinci yerdə qərarlaşmışlar.

Alman avtomagistralı dünyada ən qədim avtomobil yolları şəbəkəsidir. Onun birinci seksiyasının tikintisi 1932-ci ildə başa çatıb. Bu Avropada yeganə sürət limiti olmayan magistral sayılır. Bundan əlavə bütün yolların uzunluğu 12 000 km-ə çatır ki bu da dünyada ən uzun və sıx avtomagistral hesab edilir. Sahəsi 357 021 kv km olan bir ölkə üçün bu çox mühüm göstəricidir.

Bierleichen (hərfi mənada “pivə cəsədləri”) – bu sözü bəzi həddindən artıq çox pivə içmiş və müxətlif yerlərdə yıxılıb qalan almanlar barədə işlədirlər.

1888-ci ildə Almaniyada 3 imperator dəyişib: I Vilhelm, III Frederik və II Vilhelm. III Frederik cəmi 99 gün hakimiyyətdə qaldıqdan sonra boğaz xərçəngindən dünyasını dəyişir.

Dünyada ən dar küçədə Roytlingendə yerləşir. Spreuerhofstraße (Şproyerhofştrasse) adlı bü küçənin ən dar hissəsi 31 sm təşkil edir.

Almaniya kanslerinin Berlindəki kabineti yerli sakinlər arasında “Paltaryuyan maşın” kimi tanınır.

Münhendə keçirilən Oktoberfest ən qədim xalq və pivə festivalıdır. Rəsmi olaraq sentyabrın son həftəsində başlayır və oktyabrın ilk bazar gününədək davam edir. Bu festival 12 oktyabr 1810-cu ildə start götürüb, o zaman şahzadə Lüdviq Saksen-Hildburqhauzen şahzadəsi Tereza ilə nigahı münasibətilə bayram şənliyi təşkil edir.

Oktoberfest 24 dəfə keçiriliməyib, buna səbəb də əsasən vəba epidemiyası və müharibələr olub. Bundan əlavə bu festival Birinci Dünya müharibəsi dövründə və inflyasiyanın yüksək olduğu 1923-24-cü illərdə də keçirilməyib.

Almaniyada yastıqlar “passiv silah” kimi nəzərdə tutulur.

Alman kinorejissoru Fridrix Vilhelm Murnau ilk dəfə 1922-ci ildə vampirlər barədə “Nosferatu” adlı dəhşət filmi çəkib.

İkinci Dünya müharibəsi dövründə 6 milyondan çox yəhudini məhv etmək üçün istifadə edilən Siklon-B qazı ilkin olaraq ziyanverici əleyhinə vasitə kimi istifadə edilirdi. Onun zəhərli komponenti ilk dəfə 1880-ci ildə Kaliforniyada ziyanvericilər əleyhinə istifadə edilib.

Dünyada ən böyük kilsə Ulm şəhərində yerləşir və onun şpili 161 m hündürlüyə çatır.

Frederik Porşe tərəfindən yaradılan Volkswagen İkinci Dünya müharibəsi dövründə mülki şəxslərə qadağan edilmiş və yalnız hərbi məqsədlər üçün istifadə edilirdi.

İncil məşhur alman ixtiraçısı İohan Quetnberqin 1455-ci ildə Maynçda yerləşən inqilabi çap dəzgahında çap elədiyi ilk kitab olur. Bu işi bitirmək üçün 3 il vaxt sərf edilir və hazırda o kitabın yalnız 48 nüsxəsi müasir dövrədək salamat qalıb. 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!