Mobil dünyaTəqdimat

Şirkətlərin yarıdan çoxu artıq öz biznes proseslərində maşın öyrənməsi və Əşyaların İnterneti texnologiyalarının tətbiqinə başlayıb

Dünya şirkətlərinin yarıdan çoxu artıq öz biznes proseslərində maşın öyrənməsi (54%) və Əşyaların İnterneti (51%) texnologiyalarının tətbiqinə başlayıb. Daha 33% şirkət isə yaxın iki ildə bunu etməyi planlaşdırır. Genişlənmiş və virtual reallıq (AR və VR) imkanları və rəqəmsal oxşarlar kimi texnologiyalar daha az yayılıb. Təxminən hər beşinci şirkət (21%) bu texnologiyalardan ən azı birindən istifadə edir. Kaspersky-nin yüksək səviyyəli kibertəhlükəsizlik sahəsində çalışan rəhbərlərin bu cür texnologiyalar haqqında öz fikirlərini bölüşdüyü qlobal sorğunun* nəticələri əsasında bu məlumatlar əldə edilib.

İnnovativ alətlərin meydana çıxması biznesin inkişafına töhfə verir, eyni zamanda kibertəhlükəsizlik riskləri yaradır və yeni rəqəmsal aktivlərin qorunmasının təmin edilməsi məsələsini gündəmə gətirir. Belə ki, respondentlərin müvafiq olaraq 16%-i və 17%-i hesab edir ki, maşın öyrənməsi və Əşyaların İnterneti texnologiyaları üçün lazımi təhlükəsizlik səviyyəsini yaratmaq çətin ola bilər, 39%-i isə rəqəmsal oxşarların, AR və VR texnologiyalarının istifadəsində eyni halın mövcud olduğuna əmindir. 

“Artıq mühafizə sistemlərinin layihələndirilməsi mərhələsində biz həm çoxdan məlum olan klassik təhdidlər, həm yenilər, o cümlədən maşın öyrənməsi və Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə bağlı olanları qabaqcadan görməyə imkan verəcək prinsiplərdən istifadə etməyi tövsiyə edirik. Bu yanaşma istənilən əməliyyat zamanı təşkilat daxilində istənilən istifadəçiyə inamı minimuma endirməyi nəzərdə tutan ‘Zero Trust’ sistemidir”, – deyə Kaspersky-nin korporativ biznes üüzrə direktoru Timur Biyaçuyev bildirir. 

“Biz həmçinin texnologiyaları seçərkən ‘Secure-by-Design’ (kökündən təhlükəsiz) prinsipi əsasında qurulanlara üstünlük verilməsini tövsiyə edirik. Bu yanaşma cihazları və proqram təminatını kiberhücumlara qarşı daha davamlı edir və şirkətin rəqəmsal sistemlərinin ümumi təhlükəsizliyini yaxşılaşdırır. Bu prinsip, məsələn, KasperskyOS-a əsaslanan kiberimmun həllərin əsasını təşkil edir – onlara qarşı mümkün hücumların əksəriyyəti səmərəsizdir, onlar hətta aqressiv mühitdə belə kritik funksiyaları yerinə yetirməyə davam edəcək və təcavüzkarın hücumu inkişaf etdirməsinə imkan verməyəcək”, – deyəTimur Biyaçuyev əlavə edir.

 Həmçinin Kaspersky mütəxəssisləri müəssisələrə tövsiyə edir:

  • Həm informasiya təhlükəsizliyinin vəziyyətinin monitorinqi, həm də idarəetmə baxımından informasiya təhlükəsizliyinin və İT infrastrukturunun maksimum şəffaflığını təmin edin. Bu baxımdan effektiv alət həm kütləvi, həm də hədəfli kiberhücumlardan hərtərəfli qorunma həlli olan ‘Kaspersky Symphony XDR’dir. O, müxtəlif mənbələrdən telemetriya toplamaq və təhlil etmək imkanı verir və komponentlərin yerli inteqrasiyası və üçüncü tərəf satıcılarının həlləri ilə qarşılıqlı əlaqə üçün geniş imkanlar sayəsində təhdidlərin effektiv aşkarlanmasını və onlara sürətli cavab verilməsini təmin edir;
  • İşçilərin rəqəmsal savadlılıq səviyyəsini artırın. Kaspersky təlimlərinin köməyi ilə informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin səlahiyyətlərini genişləndirə, ‘Kaspersky Security Awareness’ onlayn platformasının proqramları ilə isə qeyri-ixtisaslaşmış şöbələrin əməkdaşlarına təlim keçə bilərsiniz;
  • Şirkətin kibertəhlükəsizlik tədbirlərinin bütün zəruri tələblərə və standartlara uyğun olmasını təmin edin.

*Sorğu Kasperky tərəfindən 2023-cü ilin payızında müxtəlif ölkələrdə kibertəhlükəsizlik sahəsində çalışan 500 rəhbər şəxs arasında aparılıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!