IdmanVoleybol

Azərbaycanın qadın voleybolçuları polşalı rəqiblərinə qalib gəldilər

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə “A” qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirib.

Frame.az xəbər verir ki, Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb..

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.

Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!