“AzəriKard” beynəlxalq mükafata layiq görülüb
Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Caspian Business Award 2018” beynəlxalq mükafatına layiq görülüb.
Dekabrın 20-də baş tutan tədbirdə “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti” nominasiyası üzrəmükafat “AzəriKard”-ın baş direktoru Fərid Quliyevə təqdim edilib.
Qeyd edək ki, 2018-ci ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunub. Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib.
Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.
Frame.az