Azercell abunəçiləri arasında 2016-cı ildə müştəri məmnuniyyəti üzrə artım
Hər zaman müştəri xidmətlərinin keyfiyyətinə fikir verənAzercell abunəçilərinin müştəri məmnunluğu 2016-cı ildə artıb.Azercell abunəçiləri arasında müştəri xidməti nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən sorğunun nəticələrinə əsasən, Azercellin Müştəri Xidmətlərinin işi yüksək qiymətləndirilib. Belə ki, müştəri xidmətlərinin işindən razılıq səviyyəsi 2015-ci ildə qeydə alınan 79%-dən, 2016-cı ildə 83%-ə qədər yüksəlib.
Yüksək nəticə özünü Abunəçi Loyalligi İndeksi NPS (Net Promoter Score) üzrə də göstərib, belə ki, Azercell 2016-ci ildə yerli mobil rabitə bazarında NPS göstəricisi üzrə liderliyini goruyub. Xatırladaq ki,2014-cü ildə Azercell Azərbaycanda NPSAbunəçi Loyallığı İndeksini ölçməyə başlayan ilk şirkət olub. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) müəyyən edir. Bu unikal qiymətləndirmənitətbiqi etməklə,Azercell ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq edib. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verir. 2016-cı ildə Azercell eyni zamanda müştəri məmnunluğunu qorumaq və artırmaq üçün texniki bazasını təkmilləşdirib və şirkət əməkdaşlarının təlimləndirilməsi yönündə bir çox işlər həyata keçirib.
Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, “online” şəkildə xidmət göstərən Azercell bu xidmətin keyfiyyətini yüksəldir. Bundan əlavə Xidmət Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına Azercell özü gələrək onlara xidmət göstərir. Azercell-inMobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirir. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilir. Azercell öz abunəçilərinəən böyük müştəri xidmətləri şəbəkəsi olan 63 Ön Masa və Azercell Ekspres ofisləri və ən geniş satış şəbəkəsi olan 393 rəsmi satış məntəqəsi vasitəsilə xidmət edir. Bu məntəqələr Azercell abunəçilərinə daim yüksək keyfiyyətli xidmətgöstərmək üçün bütün ölkə boyu fəaliyyətdədir.
Frame.az