EventsIdman

Bakı Şəhər Halqası Beynəlxalq Avtoidman Sərgisində təmsil olunur

Formula 1 yarışının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti dünyanın ən məşhur avtoidman sərgisində ilk dəfə açdığı stenddə ziyarətçilərə Azərbaycanda keçiriləcək yarışa bilet qazanmaqla yanaşı simulyator vasitəsilə yarışmaq imkanını təklif edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 12-15 yanvar tarixlərində İngiltərənin Birmingem şəhərində yerləşən NEC Arenada keçirilən sayca 27-ci Beynəlxalq Avtoidman Sərgisində ilk dəfə stend açacaq. Formula 1 mövsümü öncəsi keçirilən bu sərgidə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı avtoidman və avtomobil sahələri ilə əlaqədar son yeniliklər ziyarətçilərə təqdim olunacaq.

Hazırda 30 %-dək endirimli qiymətlərlə 2017 Formula 1 Azərbaycan Qran Prisinə dördgünlük biletlərin satışı davam edir. Bakı Şəhər Halqasının stendinə gələnlər burada həm Formula 1 təqvimində yer alan ən yeni yarışla bağlı məlumat ala biləcəklər, həm də onlar üçün quraşdırılmış simulyator vasitəsilə Formula 1-in ən sürətli şəhər trekində öz sürücülük bacarıqlarını nümayiş etdirə və yarış həyəcanını yaşaya biləcəklər. Eyni zamanda, stenddə lotereya oynanılacaq və uduş qazanan ziyarətçiyə 23-25 iyun tarixlərində Bakıda baş tutacaq 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün iki nəfərlik səyahət və yarış biletləri veriləcək.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkəti nümayəndələrinin Beynəlxalq Avtoidman Sərgisinə ilk səfərini belə şərh edib: “Bu həftəsonu Beynəlxalq Avtoidman Sərgisinə səfər etmək və orada coşğulu avtoidman auditoriyasına möhtəşəm şəhərimizi və Bakı trekini təqdim etmək imkanına sahib olduğumuz üçün çox şadıq. Bildiyiniz kimi, artıq yarışın adı bu ildən etibarən ölkəmizin adı ilə bir hallanacaq və biz mümkün olduqca daha çox insana Azərbaycanı və Bakı Şəhər Halqasını tanıtmağa çalışacağıq. Bakıya gələn azarkeşlər sadəcə ən sürətli şəhər trekində dünyanın ən məşhur sürücülərinin gərgin mübarizəsinə şahid olmayacaqlar, həm də onlar müasirliyi və gözəlliyi ilə yaşından və mədəniyyətindən asılı olmayaraq hamının diqqətini özünə cəlb edən Bakı şəhərinin müasir və tarixi ənənəsi ilə yaxından tanış ola biləcəklər.”

Daha ətraflı məlumatı media@bakugp.az elektron poçt ünvanına yazaraq əldə edə bilərsiniz.

2017 Formula 1 Azərbaycan Qran Prisi üçün xüsusi endirimli qiymətlərlə bilet satışı davam edir

BŞH biletləri erkən alanlar üçün məhdud sayda 30%-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı tam qiymətlərlə aparılacaq.

Dördgünlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir.

2017 Formula 1 Azərbaycan Qran Prisinə müxtəlif qiymətlərlə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən digər tribunalar daxildir.

Dördgünlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletlər təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təqdim olunan böyük fürsətlərdən biridir.

Bununla yanaşı yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün birgünlük biletlər də təklif olunur.
Dördgünlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, Ayaqüstü Yerlər üçün birgünlük biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ən böyük beynəlxalq avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini yerində canlı istəyənlərə müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın və 2017-ci ildə Bakıda bizimlə birlikdə olun! Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!