Bakı Musiqi Akademiyasında Çingiz Abdullayevlə görüş baş tutdu-fotolar

Aprelin 26-sı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera Studiyanın zalında Azərbaycanın görkəmli dedektiv yazıçısı Çingiz Abdullayevlə görüş baş tutdu.

Frame.az bildirir ki, görüş zamanı “Uğur nədir və necə qazanmaq olar” mövzusu müzakirə olundu. Çoxdandır gözlənilən tədbir xeyriyyə məqsədilə həyata keçirildi. Qeyd edək ki, tədbirin təşəbbüskarı və aparıcısı Bakı Musiqi Akademiyasının əməkdaşı, bəstəkar Eldar Babayev idi.

Xalq yazıçısı Çingiz Abdullayevlə canlı ünsiyyət şansı yaradan tədbir üç hissədən ibarət şəkildə təşkil olunmuşdu. İlk öncə yazıçı tribuna qarşısında müsahibə şəklində ona hazırlanan sualları cavablandırdı. Daha sonra yazıçının həyat və yaradıcılıq yolunu əks etdirən video-çarx nümayiş olundu. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət ifa olunan musiqi parçaları zalda xoş hisslər yaradan ovqat yaratdı.

Sonda zalda əyləşən auditoriya ilə yazıçı arasında müzakirəli diskussiya baş tutdu. Belə ki, dinləyicilər öz fikirlərini və onları narahat edən sualları yazıçıya ünvanlayaraq cavab ala bildilər. Çingiz Abdullayev çıxışında öz uğurunun sirrlərini, üzləşdiyi çətinliklər və onu bu qədər sevilən yazıçı edən düzgün addımları haqqında dinləyicilərlə bölüşdü. Onun hər bir fikiri, dərin səlis və məntiqli düşüncəsi hər zaman olduğu kimi auditoriyanın rəğbətini qazanaraq alqışlara səbəb oldu.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: