Bakıda Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək

Cari ilin 25-26 mart tarixlərində Bakı şəhəri Şağan OİK də Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək. Yarış Gənclər və İdman nazirliyinin, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Şurasının razılığı ilə Azərbaycanda Kempo idman növünün təbliğatı ilə məşqul olan, “Beynəlxalq Kempo Federasiyası”nın Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirilir.Yarış Kempo Full, Kempo Submişn Gi, Submişn NoGi, Semi, Self Defens, Kata versiyaları üzrə keçiriləcək.
Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi 25 mart tarixində, saat 14.30-da Şağan Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Azərbaycan Kempo Federasiyası mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, yarışda Əfqanıstan, Hindistan, Çin, Pakistan, Gürcüstan, Qazaxstan və İran idmançılarının iştirakı gözlənilir.
Kempo təşkilatının rəhbəri, Azərbaycanda Beynəlxalq Kempo Federasiaysının rəsmi səlahiyyətli nümayəndəsi, əməkdar məşqçi Rauf İbrahimov qeyd edib ki, yarışın ilk birinci Asiya oyunları keçən il Hindistanda keçirilmişdir. Azərbaycan bu tədbiri ikinci olaraq öz üzərinə götürmüşdür. Bu yarış Asiya Kempoçuları arasında olan dostluq və əməkdaşlıq münasibətlərinə çox kömək edəcək. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: