Frame LifeSosial

Barama İnnovasiya və Sahibkarlıq mərkəzi indi Gəncədə

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin Gəncədə açılışı olub.

PAŞA Bankın dəstəyi ilə Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır.

Gəncədə açılan mərkəz tələbələrin bilik və bacarıqlarının inkişafı üçün çalışacaq: “Barama İnnovasiya və Sahibkarlıq mərkəzi daim gənclərin inkişafına yönələn layihələr həyata keçirib və bu fəaliyyəti davam etdirməkdədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!