“CinemaPlus” kinoteatrında “Qulyabani” filminin qala gecəsi keçirilib

Gənclik Mall TM-də yerləşən Azərbaycanın “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Qulyabani” filminin qala gecəsi keçirilib.

Tədbirdə filmdə rol alan aktyorlar, dəvət olunan qonaqlar, media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təqdim olunub. Daha sonra qonaqlar filmin qəhrəmanları və “Qulyabani” ilə şəkillər çəkdiriblər.

Filmin rejissoru Pərviz Həsənovdur. Filmdə rolları Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Emine Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov ifa ediblər.

Filmin süjet xəttinə görə, Azərbaycan meşələrində peyda olan qulyabanini lentə almaq üçün Türkiyədən gələn jurnalist bu məqsədlə yoldaşlarından kömək istəyir. İşin başında böyük mükafatın olacağını düşünən 2 dələduzun türk jurnalistə saxta qulyabani sırımaq oyunu planlaşdırdıqları kimi getmir. Qızların əvəzinə kənd camaatını qorxudan qulyabaninin ovuna kəndlilər də qoşulur. Bir tərəfdən qəzəbli kəndlilərin əlindən yaxa qurtarmaq, digər tərəfdən yalanlarının üstünün açılacağı qorxusu qarşısında gücsüz qalan gənclərin bundan yaxa qurtara bilməsi imkansız görünür.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: