CinemaEventsSosialTəqdimat

“CinemaPlus”da möhtəşəm “Bayraq Günü”

Noyabrın 9-da Azərbaycanda “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayramı qeyd olunur. “CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə möhtəşəm parad təşkil edib.

Belə ki, kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər. Alış-veriş mərkəzinə gələn şəxslər isə orkestrlə birgə mahnı ifa edib, həmin anları telefonlara çəkiblər, həmçinin, fotolar və selfilər çəkdiriblər. Həmin an ətrafda əsl vətənpərlik atmosferi yaranıb.

İnsanlar bu anlarla qürurlanıb, uşaqların gözləri vətən sevgisinin atəşi ilə alovlanıb.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!