“Dan ulduzu” instrumental ansamblının konserti keçiriləcək

Aprelin 18-də Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, konsertdə Xalq artistləri Nisə Qasımova, Faiq Ağayev, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Abbas Bağırov, müğənnilər Elton Hüseynəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Samir Piriyev, Nigar Şabanova, Rəşad İlyasov, Zabitə Alıyeva, Arzu Əliyeva, Rövşən Əziz, Şəhla Həmidova, Vüsalə Əsgərova və başqaları iştirak edəcəklər. Konsertin bədii rəhbəri Əməkdar Artist Tariyel Abbasovdur.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: