Divara hopmuş nakam eşq

Həyətimizin divarının suvağı hansısa səbəbdən… hər gün bir az qopub tökülməyə başlamışdı… Vaxtım olmadığından onun təmirini təxirə salmağa məcbur idim. Beləcə… suvaq hər gün bir az qoparaq düşür ..divarımız çox hüznlü görünürdü. Bu isə.. qəlbimi sızladırdı.
İnsan nəfəsi dəyməyən kimsəsiz evdə divarlar suvaqdan qopar. saralar yağışlar zamanı su damar… Amma yaşantı olan evin bu halda uçması pis təsir edirdi mənə.
Və bir gün vaxt qazanıb divarımızın suvağını bərpa etməyə qərar verdim. Həvəslə alətləri götürüb divarımıza yaxınlaşdım ki. ona yeni nəfəs verim. Təzələnsin. əvvəlki kimi yaraşıqlı olsun.
Divara yaxınlaşanda… qopub düşən suvağın izlərində bir ağac və bir oğlanla bir qız rəsmi halında görüntüləri görərək heyrətləndim.
Düşündüm… bu adi bir adamın yaratdığı hansısa əsər deyildii Yox.
Bu, nakam sevgimizin qəlb sızladan ah-naləsi hopmuş divarımızın sevgimizə yas saxlamasının əlaməti idi. Mən bunu bu halda qəbul etdim və… divarın təmirindən imtina edərək evimə qayıtdım. Gerçək həyatda görüşümüz baş tutmasa da.. İlahi qüvvənin qüdrəti sayəsində sevgimizin dastanının qəhrəmanları kimi bizi özündə əks etdirirdi divarımız.
İndi hər gün bu görünən mənzərəyə sızıldayan ürəklə baxır…baxır.. susuram
Bu sözləri yazmağa özümdə cürət tapdım və ürəyimin yükünü bir az da olsa… yüngülləşdirdim.
Mayıl Asiman Məmmədli.
26 Sentyabr 2016.

Foto Alexandre Farto

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: