EPL 4-CÜ TUR TƏHLİL
-
Manchester United 1 – 2 Manchester City
Bournemouth 1 – 0 West Bromwich Albion
Arsenal 2 – 1 Southampton
Burnley 1 – 1 Hull City
Middlesbrough 1 – 2 Crystal Palace
Stoke City 0 – 4 Tottenham Hotspur
West Ham United 2 – 4 Watford
Liverpool 4 – 1 Leicester City
Swansea City 2 – 2 Chelsea
Sunderland 0 – 3 Everton
İngiltərə çempionatının açılış oyunu Mançester derbisi ilə start götürdü. Bu oyuna maraq olduqca böyük idi. Hər iki komanda ilk 3 turdan sonra maksimum xal toplamışdı. Oyuna fəal başlayan qonaqlar 15-ci dəqiqədə De Bruyne’nin vurduğu qolla hesabda önə keçdi.
Az sonra İheanacho hesab arasındakı fərqi 2 topa çatdırdı. Ev sahiblərinin gücü isə yalnız 1 qolun əvəzini çıxmağa çatdı. 42-ci dəqiqədə qapıçı Bravo’nun kobud səhvindən sonra Zlatan İbrahimovic topu boş qapıdan keçirtdi.
İkinci hissədə Mançester Yunayted çox çalışsada oyunu xilas edə bilmədi. Beləcə Maurinho yeni komandasında ilk məğlubiyyətini almış oldu.
Çempionluğa iddialı Çelsi isə son dəqiqələrdə vurduğu qol sayəsində səfərdən yalnız 1 xal aparmağı bacardı. Turun digər maraqlı matçında Liverpul Lester komandasını darmadağın etdi 4:1.
Arsenal isə 3 xalı əldə etmək üçün Sautgemptonla oyunda çox tərləməli oldu. Hesabda geri olan Arsenal özündə güc taparaq əvvəlcə Koscıelnı’nın ifasında hesabı bərabərləşdirdi, oyunun son dəqiqəsində isə Kazorla’nın penalti qolu ilə 2-ci qolu vuraraq qələbə qazandı.
( Pərvin Bayramov )