Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
Aprelin 26-da Formula-1 Azərbaycan Qran-Prisi öncəsi dördgünlük bilet sahibləri üçün pit-yolu gəzintisi təşkil olunub.
Frame.az xəbər verir ki, avtoidman yarışlarının həvəskarları, paytaxt sakinləri və şəhərimizin qonaqları pit-yoluna daxil olaraq komandaların yarışa hazırlığını izləyiblər.
Pərəstiş etdikləri komandaların yarışa hazırlığı ilə yaxından tanış olan azarkeşlər qarajlarda yaradılmış şəraitlə də maraqlanıblar.
Böyük coşqu ilə keçən pit-yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi aprelin 27-29-da Bakıda keçiriləcək.