“Gürcüstanın sehrli ritmləri” tamaşaçıları məftun etdi-FOTO-lar

Heydər Əliyev Sarayında “Gürcüstanın sehrli ritmləri” adlı konsert olub.

Frame.az xəbər verir ki, konsertdə Gürcüstanın populyar estrada ifaçıları Giya Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova, habelə beynəlxalq müsabiqələrin laureatları – “Martve”, “Samefo”, “Didgori” rəqs və vokal kollektivləri iştirak ediblər.

Maraqlıdır ki, “Martve” ansamblının rəqqasları əfsanəvi Suxişvili adına Gürcüstan Milli Baletinin yetirmələridir. Kollektiv 1954-cü ildə yaradılıb və beynəlxalq mətbuat tərəfindən “Dünyanın səkkizinci möcüzəsi” adlandırılıb. Kollektiv bütün tarixi ərzində 250-dən çox turnenin iştirakçısı olub, 11 dəfə 5 qitəni, 88 ölkəni gəzib-dolaşıb, 12 300 konsert verib, truppanın konsertləri 7 milyondan çox tamaşaçı toplayıb.

“Martve” kollektivinin rəhbəri Lela Qventsadze və Anzori Sulxanaşvili, xoreoqrafları Nikolozi Saralidze və Firuz Beqauridir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: