Azərbaycanın ilk İnklüzivlik Hakatonu əlilliyi olan insanlar üçün yeni texnoloji həll yollarını üzə çıxartdı

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda ilk dəvə təşkil etdiyi və intensiv şəkildə 48 saat fasiləsiz davam edən İnklüzivlik Hakatonu bu gün əlilliyi olan insanlar üçün maneələri aradan qaldırmaq və onların keyfiyyətli həyat imkanlarını genişləndirmək məqsədilə əlavə dəyər gətirən yeni texnoloji və tətbiqi proqramların təqdim olunması ilə öz işini yekunlaşdırdı.

28 iyun 2019-cu il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən təqdim olunan İnklüzivlik Hakatonu Azərbaycanda “UNLlMITED” adlı ilk Milli İnklüzivlik Kampaniyasının bir hissəsidir və bu tədbir BMTİP-nin daha geniş innovasiyalar və əlilliyi olan insanların əhatə olunmasına dair inkişaf strategiyasına uyğun olaraq təşkil edilir.

İnklüzivlik Hakatonu, əlilliyi olan insanların rifahını əhəmiyyətli şəkildə yaxşılaşdıra bilən qabaqcıl texnoloji vərdişləri aşılamaq və kodlaşdırma və proqram təminatlarının işlənib hazırlanmasını sürətləndirmək üçün 16 iştirakçı qrupla yanaşı çalışan 30-dan yuxarı sənaye mütəxxəssisini, elmi işçini, texnologiya sahəsinin peşəkarlarını, milli innovasiya laboratoriyalarını və əlilliyi olan insanları bir araya gətirdi.

48 saat fasiləsiz çalışan bu 16 qrup əlilliyi olan insanların üzləşdikləri çətinlikləri dəf etmək üçün xeyli sayda prototiplər və açıq mənbədən olan həll yollarını işləyib hazırladı. Bu gün İnklüzivlik Hakatonunun bağlanış mərasimində müxtəlif prototip modelləri  təqdim olundu. Onların arasında görmə və eşitmə qabiliyyəti məhdud olan yaxud nitqində qüsurları olan insanlara kömək etmək üçün yardımçı cihazlar yaradan platformalar və əlilliyi olan insanları müxtəlif yollarla onlara kömək etmək arzusunda olan könüllülərlə birləşdirən tətbiqi proqramları misal gətirmək olar. Digər ideyaların arasında, əlilliyi olan insanlar üçün onlayn oyun proqramları vasitəsilə təhsil və təlim imkanlarının artırılması, autizm spektrumu üzrə riskləri müəyyən edən mobil tətbiqi proqramların yaradılması və əlilliyi olan insanların iş axtarışına və onları ölkə bazarlarına çıxarmaqda yardım edən vebsaytların yaradılması kimi təkliflər irəli sürüldü.

İlk İnklüzivlik Hakatonunun qalibi Delta Squad komandası oldu. Onların irəli sürdüyü layihə epilepsiyadan əziyyət çəkən insanların internet resurslarından rahat istifadə etməsi üçün asan bir vasitə yaratmaq və epilepsiya effektini yaradan risk faktorlarının qarşısının alınmasından ibarətdir.

Delta Squad komandası təklif etdikləri məhsulu bazara çıxarmaq üçün 5,000 manat məbləğində mükafatla təltif olundu. Hakaton bitdikdən sonra, komanda, məhsulun reallaşdırılması və onun tam həcmdə tətbiqi üçün mükafatdan sonrakı üç ay müddətində peşəkar təlimatçı mentor yönləndirməsindən yararlanacaq.

İnklüzivlik Hakatonu BMTİP-nin həyata keçirdiyi geniş ümummilli inklüzivlik kampaniyası çərçivəsində bu il Azərbaycanda keçirilməsi planlaşdırılan tədbirlərdən birincisidir. Bu əvəzsiz təcrübə, nəzərdə tutulan bir sıra digər tədbirlərlə yanaşı, BMTİP-nin bir neçə fəaliyyət sahələri boyu əlilliyi olan insanların əhatə olunması istiqamətində çoxşaxəli işini birləşdirəcəkdir. Belə ki, inklüzivlik kampaniyası çərçivəsində ənənəvi incəsənət və əl işləri vasitəsilə inklüziv təhsilin inkişafı və əlilliyi olan insanlara onların təhsil və məşğulluq imkanlarına dair dəstək verəcək virtual laboratoriyaların yaradılması nəzərdə tutulur.

BMTİP-nin hesablamalarına görə, əlilliyi olan insanlar dünyada azlıqların ən böyük qruplarından biridir və onlar dünya əhalisinin 15 faizini yaxud təxminən 1.5 milyard insanı əhatə edir. Əlilliyi olan insanların səksən faizi BMTİP proqramının fəaliyyət göstərdiyi ölkələrdə yaşayır. Azərbaycanda əlilliyi olan insanlar əhalinin  6%-ni yaxud 620,000 nəfər təşkil edir. Onlar ölkədəki 1.3 milyon təqaüdçünün təxminən 30%-ni əhatə edir, eyni zamanda əlilliklə bağlı müavinət alanların 60%-i 18 yaşına çatmayan uşaqlardır.

BMTİP-nin Azərbaycandakı Ölkə üzrə Nümayəndəliyi inklüzivlik sahəsində siyasətin formalaşdırılması və inklüzivlik proqramlarının özünün cəmiyyətdə vacib bir sosial yatırım olduğunu vurğulayır. BMTİP-nin siyasətinə əsasən inklüzivlik iqtisadiyyatın şaxələndirilməsi  və inkişafla bağlı fəaliyyətin bütün sahələrində ən həssas sosial qruplara əhatə olunmasına dəstək göstərməyin bir yolu kimi həm də innovasiyalar ekosisteminə, ideyaların artımına və startap layihələrinin inkişaf etdirilməsinə yardım göstərir.

İnklüzivlik Hakatonu yeni nəsil BMTİP və onun Azərbaycandakı Akselerator Laboratoriyasının fəaliyyəti üçün bir zəmin olacaq. Növbəti aylarda, BMTİP-nin Akselerator Laboratoriyası Hakatonda irəli sürülən ideyalardan bəzilərinin xəritələşdirilməsi imkanları və onların mövcud sosial innovasiyalar və akselerator institutları, habelə özəl sektor və Azərbaycanda və xarici ölkələrdə potensial investorlarla əlaqələndirilməsi üzərində çalışacaq.

Bu ilk inklüzivlik hakatonunun keçirilməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və onun Bir Könüllü tələbə-könüllü şəbəkəsi iki gün davam edən intensiv komanda işi zamanı BMTİP-ə böyük təşkilati dəstək göstərib. Azərbaycanın öncül incəsənət məkanı olan Yarat, Hakaton qruplarını birgə yaratmağa və sosial problemləri həll etməyə həvəsləndirmək məqsədilə, XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyini texniki məkana çevirərək bu ilk təcrübəyə ev sahibliyi etmək üçün öz qapılarını Hakaton komandalarının üzünə açdı.

BMT-nin İnkişaf Proqramı İnklüzivlik Hakatonuna könüllü olaraq töhvə verən bütün təlimatçı mentor, münsiflər heyəti və bütün tərəfdaşlara hakaton komandalarının kodlaşdırma və proqramlaşdırma sahəsində bilik və bacarıqlarının artırılması, bu biliklərin sosial problemlərin həllinə yönəldilməsinin əsaslarını onlara aşıladığı üçün dərin minnətdarlığını bildirir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: