Heydər Əliyev Sarayında bayram konserti olacaq

Martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə uşaqlar üçün əyləncə dolu bayram konserti təşkil olunacaq.

Frame.az  AZƏRTAC-a istinadən bildirir ki, konsertdə “Asiman” rəqs kollektivi, “Dəcəl qızlar” rəqs ansamblı, “Zima” uşaq musiqi festivalının finalçıları və “Euroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov iştirak edəcək.

Konsert çərçivəsində Novruz bayramının ən sevilən personajları-Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər təqdim olunacaq.

Qeyd edək ki, konsertə kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı fəaliyyət göstərən cəmiyyətlərin nümayəndələri və şəhid ailələri və əlillər dəvət olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: