MusiqiTəqdimat

Heydər Əliyev Sarayında yeni bir layihə “Məşhurlar və övladları” təqdim olunub

Heydər Əliyev Sarayında yeni bir layihə “Məşhurlar və övladları” adlı konsert proqramı təqdim olunub.

İlk dəfə keçirilən layihədə Respublikanın Xalq artisti Gülyaz Məmmədova, Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Çingiz Əhmədov, Yadigar Muradov, Rəna Talıbova, tanınmış müğənnilər Aşıq Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Eldəniz Məmmədov və övladları iştirak ediblər.

Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə, “Şuşanın səsi” instrumental ansamblı müşaiyət edib.

 Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev və Nadir Qafarzadə çıxış ediblər.
Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!