Sağlamlıq

İplə tullanmağın faydaları

Uşaqvaxtı çoxlarımız iplə tullanmağa sadəcə əyləncə kimi baxmışıq. Lakin, faydalarını bilsəydik yəqin heç bir zaman iplə tullanmağı dayandırmazdıq. Sizə iplə tullanmağın faydalarından məlumat vermək  istəyirik.

İplə tullanmaq velosiped, tennis və üzgüçülükdən də üstündür. Orta çəkili insan (70 kq) bir saat iplə məşq elədiyi zaman 720 kkal (120-140 dəfə 1 dəqiqəyə) itirmiş olur. Əgər fikir vermisinizsə boksla məşğul olanlar da mütəmadi olaraq iplə atlanırlar.

İplə 10 dəqiqə məşq sizin ürək-damar sisteminizə göstərəcək effekti velosipedlə 6 dəqiqəyə 3 km fəth etməyə, 12 dəqiqə üzməyə, 2 km qaçmağa bərabərdir.

İpi seçərkən onun uzunluğunu ölçün: başlıqlarınızı əlinizə alın və sinəniz səviyyəsində əllərinizi tutun, ipin ortası yerə dəyməlidir. Yalnız bu halda sizin ipiniz boyunuza uyğun ölçüdə olacaq və məşqlər effekt verəcək. İpin diametri 0,8 və ya 0,9 sm olmalıdır. İplə atlanarkən yalnız biləkləriniz hərəkət etməlidir.

İplə məşqlər müxtəlif ola bilər. Ən sadəsi – iki ayaqla. Həmçinin növbə ilə hər bir ayağa da düşmək olar. Bir ayaq ilə tullanmaq olar. İpi yalnız qabağa yox, arxayada fırlatmaq olar.

Hündürə tullanaraq ipi iki dəfə fırlatmaq arıqlamaq istəyənlər üçün daha effektivdir. Çünki bu zaman bədənin bütün əzələləri işləyir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!