EkologiyaFrame LifeSağlamlıqSosialTəqdimat

Vətənin müdafiəsində dayanan hərbi qulluqçular ağac əkərək təbiətimizə töhfə veriblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən növbəti ağacəkmə aksiyası Yel çərşənbəsi günündə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabitlərinin iştirakı ilə keçirilib.

ETSN-in mətbuat xidmətindən Frame.az-a verilən xəbərə görə, daim Vətənin müdafiəsində dayanan hərbi qulluqçular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə təbiətimizə töhfə vermək üçün Müşfiqabad qəsəbəsinin 3 hektar ərazisində Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd müxtəlif növ ağac tingi əkiblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!