EventsMusiqiMədəniyyətTəqdimat

Sibel Can Bakıda möhtəşəm konsert verdi

Türkiyənin məşhur müğənnisi Sibel Can Bakının qonağı olub.

Konsert üçün paytaxta təşrif buyuran sənətçi 8 mart Bakı Konqres Mərkəzində musiqisevərlər qarşısına çıxıb.

Konsertdə Türkiyədəki zəlzələ qurbanları 1 dəqiqəlik sükutla yad edilib. “Bu konsertdə fərqli hisslərlə səhnəyə çıxdım. Hər birimiz eyni kədəri paylaşırıq. Bilirsiniz ki, yüz ilin fəlakəti ilə qarşılaşdıq. Gözəl ölkəmiz Türkiyəmizdə çox canlar itirdik. Onların ümidləri, xəyalları vardı. Hələ uşaqlar… İçimiz parça-parça oldu. Bu yaralarımızı birlikdə sağaldacağına inanıram” müğənni vurğulayıb.

İfaçı, həmçinin, 8 Mart münasibətilə başda Birinci xanım Mehriban Əliyeva olmaqla, bütün qadınlara təbrik ünvanlayıb.

Musiqili proqram zamanı ifaçı böyük orkestrla birlikdə sevilən ifalarını səsləndirib. Konsertdə “Daşlı qala”, “Ayrılıq”, “Sən gəlməz oldun” kimi azərbaycan mahnılarıda səslənib.

Sibel Can gecə boyunca lirik mahnılara üstünlük verib.

Konsertdə maraqlı anlarda yaşanıb.Fanatlarında biri Sibel Cana Türkiyə və Azərbaycan bayraqları hədiyyə edib. Sibel Can isə həmin fanatını səhnəyə dəvət edərək “Bu qala daşlı qala” mahnısının sədaları altında birlikdə rəqs ediblər.

Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Qeyd edək ki, Sibel Can tədbirdən əldə olunan gəliri AFAD-a bağışlayıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!